Çənəsi sındırılan qazinin son halı - FOTOLAR

HADİSƏ
11:28 / 09.05.2023
1226

Hücuma məruz qalan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşı, keçmiş XTQ döyüşçüsü Namiq Babayev bu gün 1 saylı Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub.

Bu barədə Bakupost.az-a Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib.

Hazırda onun vəziyyəti orta qiymətləndirilir.

Hücuma məruz qalan Namiq Babayevin çənə sümüyü sınmış, dişləri qırılmışdı.

Qeyd edək ki, Binəqədi Rayon Məhkəməsi qazi Namiq Babayevi vuraraq çənəsini sındıran Rəvan Nəbizadə barəsində 1 ay müddətinə qətimkan tədbiri seçilib. R.Nəbizadə barəsində Cinayət Məcəlləsinin 127.2.3 (Qəsdən sağlamlığa az zərər vurma) və 221 (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.

Bakupost.az əməliyyatdan sonra Namiq Babayevin xəstəxanadan fotolarını əldə edib.

Həmin fotoları təqdim edirik:

0