Bakıya iş axtarmağa gəldi, cibgirlik etdi

HADİSƏ
20:52 / 10.05.2023
627

Metronun “28 May” stansiyasında platformada cibgirlik edən şəxsə hökm oxunub. 

HİT.az-ın məlumatına görə, 1990-cı ildə İmişli şəhərində doğulmuş Sənan (şərti) iş axtarmaq üçün Bakıya gəlib. O, iş tapa bilmədiyindən metroda cibgirlik etmək fikirinə düşüb. 

Sənan "Dərnəgül" stansiyası istiqamətində hərəkət edən qatarın "28 may" stansiyasında dayanmasından və platformada olan sərnişin sıxlığından istifadə edərək, Samirə adlı sərnişinin gödəkçəsinin cibindən ümumi dəyəri 508 manat olan bir ədəd "Samsung A32" markalı oğurlayıb.

Məhkəmənin qərarı ilə ona 8 ay 4 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Əhməd

0