Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsində “Lexus GX460” markalı avtomobidən oğurluq edən şəxsə hökm oxunub.
HİT.Az-ın məlumatına görə, 17 sentyabr 2003-cü ildə Astara rayonunda anadan olmuş Azərə (şərti) məhkəmənin qərarı ilə 1 il 2 ay 8 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinən Azər “İstiqlaliyyət” küçəsinə yerləşən “Emin Optik” aptekin qarşısında dayanan ağ rəngli “Lexus” avtomobilin şüşəsinin açıq olduğunu görüb. O avtomobilin salonundan bir ədəd tünd göy rəngində “İphone 13 Pro” markalı mobil telefonunu götürərək 190 manata satıb.
İbtidai istintaq dövründə zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək iclasda üzrlü səbəbdən iştirak edə bilmədiyini, istintaqa verdiyi ifadəsini təsdiq etdiyini, şikayətçi olduğunu və vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirib. Məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, ona 3.000 manat maddi ziyan dəyib.
Aydın