Gəncədə minik avtomobili yük maşını ilə toqquşdu - FOTO

HADİSƏ
18:50 / 21.05.2023
498

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

HİT.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə Şəmkir yolunun 1 km-də qeydə alınıb.

Hərəkətdə olan "PASSAT "markalı minik maşını ilə yük maşını toqquşub. Qəza zamanı xəsarət alan olmasa da minik maşınına ciddi ziyan dəyib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

0