Özünü uşağı ilə birlikdə dənizə atan qadın hardadır?

HADİSƏ
17:50 / 23.05.2023
733

Övladı ilə birlikdə intihara cəhd edən ana hazırda xəstəxanadadır.

Bunu HİT.az-a açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə mayın 22-də övladı ilə birlikdə özünü dənizə atan qadının səhhətindən danışarkən deyib. 

Sədr uşağın atasının yanında olduğunu bildirib: “Ata gəlib uşağı aparıb, qadın isə hazırda müayinələrdən keçir. Müayinələrin nəticəsi açıqlanan kimi qadının sağlıq durumu və psixoloji vəziyyəti ilə bağlı məlumat veriləcək”.

Qadının intihara cəhd etməsinin səbəblərinə gəlincə, Kəmalə Ağazadə bildirib ki, bununla bağlı araşdırma gedir.

Qeyd edək ki, ötən gün Bakı Bulvarında intihara cəhd hadisəsi qeydə alınıb. Qadın özünü azyaşlı uşağı ilə birlikdə dənizə atıb. Hadisə nəticəsində uşaq və ana FHN-in xilasediciləri tərəfindən xilas edilib.

Azra

0