Bakıda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.
Sfera.az xəbər verir ki, hadisələrdən biri Binəqədi rayonu Biləcəri qəsəbəsi DSK yolu adlanan yerdə qeydə alınıb.
2002-ci il təvəllüdlü Vüsal Piriyev idarə etdiyi “BYD” markalı 90-VA-419 dövlət qeydiyyat nişanlı avtomaşın ilə piyada 1968-ci il təvəllüdlü Kərəm Fərzəliyevi vurub. K.Fərzəliyev Kliniki Tibbi Mərkəzdə ölüb.
Digər yol-nəqliyyat hadisəsi isə Pirallahı-Qala yolunda qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü Azər İsmayılov “Ford Transit” markalı avtomobillə Qala qəsəbəi ərizisində hərəkətdə olarkən yolu keçən velosipedçi, 1979-cu il təvəllüdlü Əbilov Daməd Mirələm oğlunu vuraraq öldürüb.
Hər iki faktla bağlı cinayət işi başlanaraq istintaq edilir.