Bakıda karaoke klubda müştərinin telefonunu oğurlayan şəxsə “iş” verildi

HADİSƏ
19:39 / 29.05.2023
497

Səbail rayonu, "Nizami” küçəsində (Tarqovı) yerləşən "A-55 Karaoke” adlanan klubda oğurluq olub. 

Qaynarinfo-nun məlumatına görə, klubda müştəriyə məxsus "Samsung” markalı mobil telefon oğurlanıb. 

Məhkəmə iclasında hadisəni törədən Kamil Həsənov (ad-soyad şərti) özünü inzibati xəta törətməkdə təqsirli bilərək peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini deyib. 

Hikmət ona dəymiş dəymiş ziyanın ödənilmədiyini bildirib. 

Məhkəminin qərarı ilə, Kamil İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək barəsində 1 ay müddətində inzibati həbs növündə tənbeh tətbiq edilib. 

0