Evə getmək üçün pulu olmadı, küçədəkiləri söyüb həbs edildi

HADİSƏ
21:40 / 29.05.2023
646

Naxçıvanda xuliqanlıq edən Babək sakini həbs edilib.

HİT.az qafqazinfo-ya istinadən xəəbr verir ki, 42 yaşlı Əli Qafarov (şərti) yaşadığı kənddən Naxçıvan şəhərinə gəlib. Yeməkxanaların birində spirtli içki qəbul edib.

Daha sonra yeməkxanadan çıxaraq “Əcəmi seyrangahı”na gedib. Orada gəzdikdən sonra evə getməyə pulu olmadığı üçün yaxınlıqdakı vətəndaşlardan pul istəyib. Heç kim ona pul verməyib və bundan əsəbiləşib, küçədə nalayiq ifadələr işlədib.

Bu zaman ərazidə xidmət aparan polis əməkdaşı ona yaxınlaşaraq nizam-intizama dəvət edib. Lakin o, hərəkətlərinə davam etdiyi üçün polislər onu məcburi qaydada bölməyə aparıblar.
Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə protokol tərtib edilib.

Naxçıvan Şəhər Məhkəməsi protokolu əsaslı hesab edərək Ə.Qafarova 13 gün inzibati qaydada həbs cəzası verib.

0