1993-cü ildə qətl törətməkdə təqsirləndirilən Nazim Bayramovun cinayət işi ilə bağlı Bakı Hərbi Məhkəməsində hazırlıq iclası keçirilib.
Hit.az xəbər verir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.
Bundan iyunun 12-nə məhkəmə baxışı iclası təyin edilib.
Firkət İbrahimov
Nazim Bayramov 30 il əvvəl Fikrət İbrahimovu Bakıda yaşadığı evdə qətlə yetirməkdə təqsirləndirilir. Nazim Bayramov 1993-1994-cü illərdə dövlət çevrilişinə cəhd hadisələri ilə 10 ildən artıq həbsxana həyatı yaşayıb. Onun keçmiş baş nazir Sürət Hüseynovun rəhbərlik etdiyi hərbi birlikdə tank alayının komandiri olduğu bildirilir. Firkət İbrahimov da onunla birgə Sürət Hüseynovun rəhbərliyi altında fəaliyyət göstərib. Qətlin səbəbləri bəlli deyil.
Nazim Bayramov
Nazim Bayramov bu olayla bağlı sosial şəbəkə hesabında bunları yazıb: “Dəyərli dostlar, mediada barəmdə yayımlanmış son məlumatla bağlı suallarınıza keçiriləcək məhkəmədə cavab tapacaqsız. İstintaqa təsir sayılmasın deyə hələlik heçnə demirəm. Narahat olan bütün dostlara və yaxınlarıma təşəkkür edirəm və narahatçılığa görə üzr istəyirəm”.
Nazim Bayramov 44 günlük Qarabağ savşında da iştirak edib. Onun mediada hərbi ekspert kimi açıqlamalarına rast gəlinir.
Anar