İçkili halda dəmir yolu işçisinə hücum etdi, 100 manat cərimə edildi

HADİSƏ
22:18 / 09.06.2023
613

Xaçmaz rayonunun Çarxı dəmir yol stansiyasının işçisinə içkili halda hücum edən şəxs saxlanılıb. 

Hit.az-ın məlumatına görə, hadisəni törədən 1956-cı il təvəllüdlü Siyavuş (şərti) adlı şəxs barəsində protokol tərtib edilərək, iş məhkəmə göndərilib. 

Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs bildibi ki, 7 iyun 2023-cü il tarixində saat 21:00 radələrində Xaçmaz rayonunun Çarxı kəndi ərazisində yerləşən Çarxı dəmir yol stansiyasında işdə olarkən həmkəndlisi Siyavuş sərxoş vəziyətdə onunla mübahisə edib və ünvanına nalayiq ifadələr işlədib. Bu səbəbdən onunla bağlı polis şöbəsinə şikayət edib.

Məhkəmənin qərarı ilə Siyavuş İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 100 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunub.

Aydın

0