Avtobusa minməyə yol vermədi, arvadının yanında döydü

HADİSƏ
13:08 / 10.06.2023
520

Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Hətəm Hətəmovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, qazancından dövlət nəfinə 20 faiz pul tutulmaqla 1 il müddətinə islah işləri cəzasına məhkum edilib.

İttihama görə, hadisə 31 dekabr 2022-ci il tarixdə, saat 14 radələrində, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində 119 saylı marşrut üzrə işləyən ictimai nəqliyyat vasitəsində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Hətəm Hətəmov avtobusun giriş qapısında dayanmış vəziyyətdə olarkan həmin avtobusa sərnişin qismində zərərçəkmiş Məhəbbət Nəbiyevlə (şərti) onun həyat yoldaşı minib. Bu zaman o, həmin şəxslərə yol vermədiyinə görə aralarında mübahisə düşüb. Daha sonra Hətəm yumruqla Məhəbbətin sifətinə bir dəfə vuraraq ona xəsarətlər yetirib.

İstintaq dövründə Hətəm Hətəmovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş tədbiri seçilib.

0