Masallıda itkin düşən yeniyetmə qız tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan HİT.az-a verilən məlumata görə, Masallı rayon Polis Şöbəsinin əməkdaşları bir neçə gün əvvəl itkin düşən yeniyetmənin tapılması üçün axtarış tədbirləri keçiriblər. Nəticədə 16 yaşlı Ə. Şirinovanın Lənkəran şəhərində olduğu müəyyən olunub və o, ailəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.