İkiqat azərbaycanlı dünya çempionuna 11 il həbs - Qarət, quldurluq, qətl

HADİSƏ
16:03 / 16.06.2023
544

Rusiyanın Komi Respublikasının məhkəməsi mütəşəkkil cinayətkar qruplaşma ilə bağlı hökm oxuyub. 

Qruplaşmanın lideri “Piçuqa” ləqəbli "qanuni oğru" Yuri Piçuqin ömürlük həbs cəzası alıb. Onun sağ əli sayılan Hədis Əzizov da eyni cəzaya layiq görülüb.

Qruplaşmanın digər liderlərindən olan karate üzrə 2 qat dünya çempionu 41 yaşlı Oktay Əfəndiyev 11 il müddətinə azaadlıqdan məhrum edilib. Dəstənin digər üzvləri də uzun  müddətli cəzaya məhkum olunub. Qruplaşma Kominin paytaxtı Sıktıvkarda, Moskvada və digər şəhərlərdə çoxsaylı qətl, quldurluq, qanunsuz silah saxlama kimi cinayətlərdə ittiham olunurlar. /Lent.az

0