Bakıda 5 nəfərin ölümünə səbəb olmaqda təqsirləndirilən sürücü Mahmud Əzizovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Metbuat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Mahmud Əzizov 6 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2021-ci il oktyabrın 13-də saat 06:40 radələrində Əzizov Mahmud Babagözəl oğlu idarə etdiyi “Mercedes-Benz” markalı, 99-DH-343 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Aeroport şosesinin Suraxanı rayonu ərazisindən keçən hissəsində hərəkətdə olarkən qarşıda gedən Abdullayev Tahir Ruhulla oğlunun idarə etdiyi “Daewoo” markalı, 10-TH-116 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb, nəticədə avtobus səkidə və yol kənarında dayanan adamların üzərinə aşıb.
Qəza nəticəsində avtobusda olan sərnişin 1985-ci il təvəllüdlü Babayeva Kəmalə Eloğlan qızı, eləcə də səkidə və yol kənarında dayanmış 1964-cü il təvəllüdlü Abdullayev Məhiyəddin Qara oğlu, 1989-cu il təvəllüdlü Aslanov İlham Elxan oğlu, 1961-ci il təvəllüdlü İsgəndərova İradə Əli qızı və 1965-ci il təvəllüdlü Yaqubova Mehbarə Şaban qızı hadisə yerində ölüblər.
Bundan başqa, 1968-ci il təvəllüdlü Tağıyev Zahid Babasan oğlu, 1972-ci il təvəllüdlü Mansurova Samirə Vaqif qızı, 1979-cu il təvəllüdlü Rzayev Sərdar Rza oğlu, 1954-cü il təvəllüdlü Sapojnikova Anna İsayevna, 1988-ci il təvəllüdlü Hüseynov Ruslan Rövşən oğlu, 1990-cı il təvəllüdlü Sadıqova Gülüş Həsənağa qızı, 1968-ci il təvəllüdlü Səlimov Müslüm Paşa oğlu, 1990-cı il təvəllüdlü Məmmədov Elvin Zakir oğlu, 1998-ci il təvəllüdlü Əliyev Muraz Mərdan oğlu, 1967-ci il təvəllüdlü Məmmədova Gülşən Ələddin qızı, 1984-cü il təvəllüdlü Ağayeva Aygün Səməd qızı, 1969-cu il təvəllüdlü Əliyeva Zərifə İsmayıl qızı, 1962-ci il təvəllüdlü Hüseynov Eldar Hacıbaba oğlu, 1960-cı il təvəllüdlü Sadıqova Yeganə Ənvər qızı, 1975-ci il təvəllüdlü Zeynalabdiyev Ramiz Vüsal oğlu, 1986-cı il təvəllüdlü Kərimova Aytən Əli qızı, 1983-cü il təvəllüdlü Həsənov Nəriman Adışirin oğlu, 1962-ci il təvəllüdlü Eyvazova Samirə Sergey qızı, 1962-ci il təvəllüdlü Əsadova Mətanət Nurulla qızı, 1993-cü il təvəllüdlü Tağıyev Surət Nüsrət oğlu, 1985-ci il təvəllüdlü İbrahimov Orxan Savalan oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Emin Telman oğlu, 1984-cü il təvəllüdlü Nağıyeva Bağdagül Nağı qızı, 1966-cı il təvəllüdlü Cəbiyev Natiq Taksim oğlu, 1989-cu il təvəllüdlü Həsənova Aynurə Vilayət qızı və 1987-ci il təvəllüdlü Qəribov Cavid Eldəniz xəsarət alıb.