"Xəzər TV"də yayımlanan "Təsir dairəsi" verilişində yenidən dava düşüb.
Axşam.az xəbər verir ki, Zəminə adlı qadın probleminin həll olunması üçün verilişə müraciət edib. Həmin vaxt ekspert kürsüsündə əyləşən Anar Vəziroğlu ona sərt sözlər deyib.
Əsəbiləşən qadın yanındakı su stəkanını ona tərəf atıb. Ekspert yerindən duraraq su şüşəsini götürüb və qadına hücum edib, ətrafdakılar onun qarşısını almağa çalışıblar.
"Canlı efirdir, olmaz. Milyonlarla insan baxır" deyə, aparıcı Lalə Azərtaş tərəfləri sakitləşdirməyə çalışıb.
Qeyd edək ki, bundan əvvəl də "Təsir dairəsi" verilişində vəkil Şəfiqə Nağıyeva ilə Anar Vəziroğlu arasında dava düşüb. Ekspert vəkilin üstünə su tökmüşdü.