Şəkidə evdə partlayış oldu: 1 qadın və 2 körpə ağır xəsarət aldı

HADİSƏ
17:32 / 17.06.2023
580

Şəkidə evdə partlayış olub, 3 nəfər ağır xəsarət alıb.

HİT.az xəbər verir ki, hadisə rayonun Aşağıu200b Göynüku200b kəndində, yaşayış evlərindən birində baş verib.

Belə ki, partlayış zamanı evdə olan 2000-ci il təvəllüdlüu200b u200bYusifova Şəlaləu200b Nəsib qızı, 2021-ci il təvəllüdlü Soltanlıu200b Məhəmməd Nicat oğlu və 2020-ci il təvəllüdlü Soltanlıu200b Əli Nicat oğlu ağır xəsarət alaraq Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralıların vəziyyətlərinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

0