İtkin düşən Yusifin Varşavada meyiti tapıldı - FOTO

HADİSƏ
15:21 / 22.06.2023
559
Varşava şəhərində yaşayan azərbaycanlı Yusif Həsənovun meyiti tapılıb.
 
HİT.az xəbər verir ki, bu barədə məlumatı Polşa Azərbaycanlıları Şurasının rəhbəri Fərid Cəfərli sosial şəbəkə hesabında bildirib.
 
Onun sözlərinə görə, soydaşımızın meyiti göldən tapılıb: "Əfsuslar olsun ki, soydaşımızın göldən cəsədi tapıldı. Yaxınlarına və ailə üzvlərinə başsağlığı veririk”.
 
Fərid Cəfərli "Qafqazinfo”ya bildirib ki, Y.Həsənovun meyiti müayinə olunmaq üçün ekspertizaya aparılıb. Onun sözlərinə görə, soydaşımızın ölüm səbəbi ekspertizadan sonra məlum olacaq.
 
"İyunun 21-də Varşava vaxtı ilə saat 04:00 radələrində baş vermiş hadisə barədə bizə məlumat verildi. Diaspor nümayəndələri olaraq səhər saatlarında polislə əlaqə saxladıq. Polis əməkdaşı Yusif Həsənovun əşyalarının onlarda olması barədə bizə məlumat verdi. Bu gün isə Varşava vaxtı ilə saat 11:00 radələrində soydaşımızın cəsədi göldən tapılıb. Bir qədər əvvəl meyit ekspertizaya aparıldı”, - diaspor nümayəndəsi əlavə edib.
 

0