Dostunu xilas etmək istəyərkən dənizdə batan gəncin FOTOSU

HADİSƏ
19:50 / 22.06.2023
524

Xəbər verdiyimiz kimi, 2 gün öncə Xəzərdə 2 nəfər batıb.

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) 2 nəfər batıb.

Dənizdə batan şəxslərdən İsgəndər Əhmədovun ailəsindən AZXEBER.COM-a verilən məlumata görə, o, dənizdə batan dostunu xilas etmək istəyərkən özü də batıb. Bildirilib ki, gəncin nəşi hələ də tapılmayıb. 

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZXEBER.COM-a verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub. 

İsgəndərin axtarışları havanın küləkli olmasına baxmayaraq, davam edir.

Dənizdə batan şəxsin fotosunu təqdim edirik:

0