Beyləqanın Tatarlı kəndində bir ailənin 4 üzvünü öldürməkdə ittiham olunan Fuad Cəlilzadənin cinayət işi üzrə məhkəmə istintaqı bitib.
HİT.az qafqazinfo-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror Fuad Cəlilzadənin ittiham olunduğu maddələrlə təqsirli bilinməsini, ona qanunun icazə verdiyi ən ağır cəza təyin edilməsini tələb edib.
Dövlət ittihamçısı Fuad Cəlilzadənin qalan ömrünü həbsxanada keçirməsini təklif edib.
Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında baş verib.
27 yaşlı F.Cəlilzadə aralarında olan ədavətə görə, qonşuları Nadir Quliyev, həyat yoldaşı Tərgül Quliyevanı yaşadıqları evin həyətində, oğlanları Amin və Xəyal Quluzadələri isə qəbiristanlıqda odlu silahla güllələmişdi.
Məlumata görə, Fuadın atası Loğman Cəlilov 2009-cu ildə münaqişə zəminində Nadir Quliyevə yaba ilə ağır xəsarət yetirib. N.Quliyevin şikayətçi olması ilə məhkəmə ona 6 il yarım həbs cəzası verib. O, həbsxanadan çıxdıqdan sonra qonşu ailələr arasında münasibətlər daha da pisləşib və mütəmadi olaraq dava edirlərmiş.
Hadisədən bir müddət sonra F.Cəlilzadənin atası L.Cəlilov özünü asaraq intihar edib.