Sel aparan Elgün nişanlı imiş, toyu olacaqdı - TƏFƏRRÜAT

HADİSƏ
10:08 / 01.07.2023
525

Daşkəsəndə sel sularında batan Elgün Orucovun doğmaları danışıblar.

Mərhumun atası Məhərrəm Orucov oğlunun nişanlı olduğunu və toyu olacağını bildirib:

“Payızda toyu olacaqdı. Ən əziz övladımı itirmişəm. Sel suları bir qoyunumuzu aparırdı, onu əlini atıb tutmaq istəyərkən özü selə düşüb”.

Mərhumun əmisi oğlu Nazim Orucov qeyd edib ki, sel Elgünü 3-4 kilometr aralıdakı körpüyədək aparıb.

Daha ətraflı Baku TV-nin süjetində:

0