Bakıda bazarın satıcılarına qarşı 244 minlik dələduzluq edildi

HADİSƏ
22:14 / 07.07.2023
383

Bakıda külli miqdarda dələduzluq edən şəxsə qarşı cinayət işi başlanılıb.

Lent.az xəbər verir ki, Elman Ağasıyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham elan olunub.

İş üzrə 4 zərərçəkmiş var.

Məlumata görə, o, “8-ci kilometr” (“Vasmoy”) bazarında çalışan həmin 4 zərərçəkmiş satıcıdan 244 min manatlıq quru meyvələr alaraq satıb. Ancaq aldığı məhsulların pulunu qaytarmayıb.
Aldadıldığını başa düşən satıcılar E. Ağasıyev barəsində hüquq-mühafizə orqanlarına üz tutublar.

Hazırda cinayət işi üzrə məhkəmə istintaqı Bakı Ağır Cinayətlər Məhkəməsində davam edir.

E. Ağasıyev barəsində polisin nəzarəti altına vermə haqqında iltizam tədbiri seçilib.

0