Naxçıvan aeroportunda nə baş verib? - Yeni görüntülər

HADİSƏ
19:11 / 10.07.2023
599
İyulun 5-də Naxçıvan aeporotunda baş verənlərlə bağlı yeni məlumat əldə etmişik.
 
Sərnişinlərdən biri Qaynarinfo-ya bildirib ki, saatlarla təyyarədə gözləyiblər. Məlum olub ki, pilot sərnişinlərdən biri ilə mübahisədən qəzəblənərək, təyyarəni idarəni etmək istəmir. 
 
"Mübahisənin nə üstdə düşdüyünü bilmirəm. Amma dəqiq olan budur ki, pilot məhz bu səbəbdən təyyarəni idarə etmək istəmirdi. Bu isə sərnişinlərin narazılığına səbəb oldu. Vəziyyət daha da gərginləşdi”, deyə sərnişin bildirib. 
 
O, baş verənlərlə bağlı redaksiyamıza videogörüntülər də göndərib. Həmin görüntüləri təqdim edirik.

0