Gəncədə icra hakimiyyəti binası yanır

HADİSƏ
09:53 / 17.07.2023
350

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın məlumatına görə hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb. Sözügedən ərazidə Gəncə şəhər Nizami rayon icra hakimiyyətinin binasında anidən yanğın olub. Dərhal hadisə yerinə FHN yanğın söndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub.

0