Bakıda iki sərnişin avtobusu toqquşub, xəsarət alanlar var

HADİSƏ
11:04 / 24.07.2023
539

Bakıda iki sərnişin avtobusu toqquşub, xəsarət alanlar var.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bu gün saat 09:25-də Xocəsən şosesinin Binəqədi rayonu ərazisindən keçən hissəsində “Isuzu” markalı iki sərnişin avtobusu toqquşub.
Belə ki, sərnişin mindirmək üçün dayanan avtobusa eyni istiqamətdə hərəkətdə olan digər nəqliyyat vasitəsi çırpılıb. Hadisə nəticəsində dörd nəfər xəsarət alıb, ölüm və ağır xəsarət halı yoxdur.

Hazırda faktla bağlı araşdırma aparılır.

0