Şirvanda zavodda partlayış: Ölən və yaralanan var

HADİSƏ
12:50 / 24.07.2023
522

Bu gün saat 12 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən zavodunda partlayış baş verib.

Nazirlikdən HİT.az-a verilən məlumata görə, hadisə nəticəsində bir nəfər vəfat edib, bir nəfər isə əlindən xəsarət alıb.

Hərbi sursatın partlaması nəticəsində Mehman Əhmədov hadisə yerində ölüb.

Şirvan şəhər, Xaqani küçəsində yaşayan, 1978-ci il təvəllüdlü Səbinə Şəkərova isə xəsarət alıb. O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0