Zaqatalada itkin düşənlərin yeri müəyyənləşdi

HADİSƏ
17:23 / 24.07.2023
514

Zaqatalada itkin düşən 2 nəfərin yeri müəyyən edilib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, Zaqatala rayonunun Qəbizdərə kəndində çətin relyefli dağlıq-meşəlik ərazidə köməksiz vəziyyətdə qalan 2 nəfərin olduqları yer müəyyən olunub.

Hazırda onların təxliyyə edilməsi istiqamətində tədbirlər həyata keçirilir.

 

0