Faciəvi şəkildə ölən üç məktəbli... - FOTO

HADİSƏ
14:56 / 31.07.2023
625

Xəbər verdiyimiz kimi, Sabirabad rayonunun Cavad kəndində üç məktəblini su kanalında cərəyan vurub.

16 yaşlı Orxan Əlizadə və 12 yaşlı əkiz əmisi nəvələri Nihad və Əjdər Əlizadələr hadisə yerində ölüblər.
Ətraflı

Məlumata görə, onlar suya girərkən kanalda quraşdırılmış su nasosu işlək vəziyyətdə olub. Hadisə də nasosun suya verdiyi cərəyanın təsirindən baş verib.

Onlar Cavad kənd 2 nömrəli orta məktəbin şagirdləri olublar. Orxan Əlizadə bu il 11-ci, əmisi nəvələri Nihad və Əjdər Əlizadə isə 7-ci sinifdə təhsil alırlarmış.

“Qafqazinfo” faciəvi şəkildə ölən məktəblilərin şəkillərini əldə edib: 

0