Masallıda qanunsuz tikintilərin qarşısı alındı - Əməliyyat videosu

HADİSƏ
12:43 / 01.08.2023
550

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Masallı şəhərinin Heydər Əliyev prospektində “Sirr-M” MMC-yə məxsus yaşayış binasının, Səməd Vurğun küçəsində şadlıq sarayının, Digah yaşayış massivi və rayonun Ləngan kəndində ticarət obyektlərinin müvafiq qurumlarla razılaşdırılmadan qanunsuz tikintisi faktları aşkar edilib.

MilliYol.az xəbər verir ki, Xidmət tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində qanunsuz tikinti işlərinin qarşısı alınıb və obyektlər nəzarətə götürülüb.

0