Bakıda qardaş bacısını yumruqla öldürdü

HADİSƏ
14:09 / 02.08.2023
797

Avqustun 2-də saat 13 radələrində Binəqədi rayonu Binəqədi qəsəbəsində evlərin birində 1965-ci il təvəllüdlü Əfəndiyeva Məlahət Vaqif qızının yumruq zərbəsindən aldığı xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən HİT.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən onun qardaşı 1967-ci təvəllüdlü Əfəndiyev Azər Vaqif oğlu polisə gələrək təslim olub. O, saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

0