Bakıda taksi qatarla toqquşdu, sürücü öldü

HADİSƏ
08:49 / 03.08.2023
588

2 avqust saat 23:20 radələrində ADY-na məxsus elektovoz Qala-Binə mənzilində hərəkətdə olarkən dövlət qeydiyyat nişanı 77-FV-520 olan "Hyundai Elantra"markalı avtomobil dəmiryol keçidini keçməyə cəhd edib.

HİT.az xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları QSC məlumat yayıb.

Maşinist tərəfindən təcili tormozlanma aparılsa da tormoz məsafəsi az olduğundan toqquşma qaçılmaz olub. Hadisə nəticəsində xəsarət almış sürücü və 1 sərnişin təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılarkən sürücü yolda dünyasını dəyişib.

ADY olaraq bir daha nəqliyyat vasitələri sürücülərini Azərbaycan Respublikasının "Yol-Hərəkəti haqqında" qanunun 44-cü maddəsinin tələblərinə ciddi riayət etməyə, dəmir yolu keçidlərinə yaxınlaşarkən yüksək sayıqlıq göstərməyə və keçidin qatardan boş olduğuna tam əmin olduqdan sonra hərəkətlərini davam etdirməyə çağırırıq.

Qeyd edək ki, sürücülərin yol-hərəkəti haqqında Qanunun tələblərini kobud pozması nəticəsində cari ildə keçidlərdə 18 hadisə baş vermiş, 6 nəfər xəsarət almış , 3 nəfər isə dünyasını dəyişmişdir.

Ötən ilin eyni dövrü ərzində isə dəmiryolu keçidlərində 12 hadisə baş vermiş, 4 nəfər xəsarət almış, 1 nəfər isə həlak olmuşdur.

Xatırladaq ki, Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində edilmiş dəyişikliklərə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulması, nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə sürücülərə ??? ??? məbləğində cərimə tətbiq olunur.

0