Cəlilabad sakinini əkin sahəsində ildırım vurub

HADİSƏ
22:22 / 04.08.2023
373

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

 

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Alar kəndində sakin, 1976-ci il təvəllüdlü Quliyev Füzuli Mirzəbala oğlunu əkin sahəsində ildırım vurub.

O, koma vəziyyətində xəstəxanaya çatdırılıb.

Hazırda reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

0