Bakıda axtarışda olan şəxs metroda saxlanıldı

HADİSƏ
11:09 / 05.08.2023
361

Metroda saxlanılan şəxsdən heroin və metamfetamin aşkar olunub.

Bu barədə HİT.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

"Metropolitendə Polis İdarəsinin əməkdaşları tərəfindən görülən tədbirlərlə borclu qismində axtarışda olan Sumqayıt şəhər sakini Nəsrəddin Hüseynov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır", - deyə məlumatda qeyd olunub

0