Çığatelin nəvəsi faciəvi şəkildə həlak oldu

HADİSƏ
16:00 / 06.08.2023
825

Salyanda iki minik avtomobili toqquşması nəticəsində ölən və xəsarət alanların şəxsiyyəti məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının 38-ci km-də qeydə alınıb.

"Nissan" və "Opel" markalı minik avtomobillərinin toqquşması nəticəsində sürücülərdən Ağstafa sakini, 1987-ci il təvəllüdlü Qasımov Ayaz Camal oğlu ağır xəsarət alaraq komatoz vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib, sürücünün oğlu 2014-cü il təvəllüdlü Qasımov Süleyman Ayaz oğlu hadisə yerində ölüb. Qəzada Ayaz Qasımovun azyaşlı qızı da xəsarət alıb.

Ayaz Qasımovun vəziyyəti ağır olduğu üçün Bakıya xəstəxanalardan birinə yola salınıb.

Qeyd edək ki, qəzada həyatının itirən azyaşlı şairə Çığatelin nəvəsidir.

0