Bakıda soyğunçuluq edən iki nəfər polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.
HİT.az "Report”a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb.
Belə ki, iki nəfər naməlum şəxs taksiyə oturaraq bıçaqla sürücüyə hədə-qorxu gəlib və ondan pul tələb ediblər.
Bu zaman taksi sürücüsü avtomobildən qaçaraq ərazidə növbə çəkən polis əməkdaşlarına məlumat verib.
Sabunçu rayonu Polis İdarəsinin əməkdaşı İsmayılov Çərkəz Füzuli oğlu və onun növbə yoldaşı tərəfindən soyğunçular zərərsizləşdirilib.
Bu zaman soyğunçulardan biri özünə və polisə əməkdaşına bıçaqla xəsarət yetirib.
Hadisənin təfərrüatı araşdırılır.