Bakıda qadın ərini buna görə döyübmüş - TƏFƏRRÜAT/VİDEO

HADİSƏ
23:59 / 13.08.2023
828

Bakının Sabunçu rayonunda kişinin keçmiş həyat yoldaşı tərəfindən döyülüb.

Hadisə Yeni Ramana qəsəbəsində baş verib. Boşandığı qadınla eyni evdə yaşayan 1982-ci il təvəllüdlü Beyrut Mahmudov iddia edir ki, gərginliyə səbəb evə alınan ərzaq məhsullarının tez bitməsi və qadının az yaşlı övladlarının gözü qarşısında söyüş söyməsidir.

Beyrut Mahmudov ötən gecə saat 2 radələrində Sabunçu rayon xəstəxanasına müraciət edib. Ona boğazın əzilmiş yarası diaqnozu qoyulub, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

O, deyir ki, uşaq evində böyüyüb, peşə təhsili aldıqdan sonra fərdi evlərin tikintisində fəhlə kimi çalışıb. O, Ceyhunə Məmmədova ilə 2010-cu ildə ailə qurub. Tərəflər 2018-ci ildə boşanıblar. Amma bir müddətdir ki, yenə bir yerdə yaşayırlar.

"Xəzər TV" hadisədə adı hallanan Ceyhunə Mahmudovanın da fikirlərini öyrənib. Qadın kamera qarşısında müsahibə verməkdən imtina edib. O, keçmiş həyat yoldaşına əl qaldırmadığını bildirib:

“Beyrut Mahmudov aliment iddiaları ilə razılaşmayıb”.

Daxili İşlər Nazirliyindən bildirilib ki, faktla əlaqədar təhqiqat araşdırmaları başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Daha ətraflı videoda:

0