Həftəsonu yol qəzalarında 7 nəfər ölüb, 7 nəfər xəsarət alıb

HADİSƏ
10:12 / 14.08.2023
406

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən HİT.az-a bildirilib ki, avqustun 12-13-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 7 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.

0