“Nikosayağı” ağır qəzaya düşdü: Qolu amputasiya edildi - FOTO

HADİSƏ
08:37 / 15.08.2023
912

Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirli qəzaya düşüb.

HİT.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bloger və avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (DYP) baş inspektoru Araz Əsgərli açıqlamasında bildirib ki, qəza nəticəsində bir nəfər ölüb, bir nəfər ağır xəsarət alıb.

Bundan başqa hadisə vaxtı yolda hərəkəti tənzimləyən polis əməkdaşını da avtomobil vurub, o, ayağından xəsarət alıb.

TƏBİB-dən verilən məlumatda deyilir ki, xəsarət alanlar-29 yaşlı Nicat Şakirli sağ yuxarı ətrafın dirsəkdən amputasiyası, 23 yaşlı Fəxri Rüstəmov isə sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar. Onlara zəruri tibbi xidmət göstərilir. 

Qəza nəticəsində həkimə qədər bir ölüm qeydə alınıb. Ölən şəxsin "Nikosayağı"nın qardaşı Nihat olması barədə sosial şəbəkələrdə məlumay yayılıb.

0