Azərbaycanda daha iki məhkum ölüb.
Lent.az xəbər verir ki, hadisə bir neçə gün əvvəl Penitensiar Xidmətin Bakıdakı müalicə müəssisəsində qeydə alınıb.
Orada saxlanılanlar - Elşən Həmid oğlu Qədirov və Şaiq Fazil oğlu Kazımov dünyasını dəyişiblər.
Hər iki şəxsin xəstəlikdən öldüyü iddia olunur.