Hərbçimiz özünü güllələyib öldürdü

HADİSƏ
12:48 / 18.08.2023
526

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Abbasov Asim Hamail oğlu odlu silahdan atəş açmaqla özünü öldürüb.

Hərbi Prokurorluqdan HİT.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında  Ağdam hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin  əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilib.

Fakt üzrə Ağdam hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

0