Avqustun 16-da Salyanda ailə-məişət zəminində baş vermiş qətlin təfərrüatı məlum olub.
Hadisə barədə həyat yoldaşı Qaraş İbrahimov tərəfindən qətlə yetirilən Günel İbrahimovanın yaxınları Baku TV-yə danışıblar.
“Üzümüzə gülüb bacıma 2 bıçaq zərbəsi vurdu. 3-cünü vurmaq istəyəndə qoymadım”, – deyə mərhumun bacısı qeyd edib.
Günel İbrahimovanın anasının sözlərinə görə, qızı həyat yoldaşından boşanmaq istədiyini, lakin Qaraşın onu öldürməklə təhdid etdiyini deyirdi:
“Dəfələrlə çıxıb yanımıza gəlirdi, mən də yuvası dağılmasın deyə evinə göndərirdim”.