Balakəndə qəzaya düşən avtomobil alışdı - Sürücü yanıb öldü

HADİSƏ
13:46 / 19.08.2023
509

Balakəndə sürücünün idarəetməsindən çıxan avtomobil ağaca çırpılaraq yanıb.

HİT.az xəbər verir ki, hadisə rayonun Tülü kəndində qeydə alınıb.

Məlumata görə, qəzaya uğrayan “Daewoo” markal; avtomobil alışarkən, 35 yaşlı sürücü Aruz Dinavasov sükan arxasından çıxa bilməyib. Onun yanmış meyiti çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, faktla bağlı araşdırma aparılır.

 

0