Bu gün Buzovna qəsəbəsi yaxınlığında dənizdə 1 nəfər batıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dənizdə batan həmin şəxs Türkiyə vətandaşı iş adamı Süleyman Filizdir. ⁹q
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə əsasən, hadisə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 400 metr aralı, nəzarətsiz ərazi) olub.