Cəbrayılda mərmi alışdırıcısı partlatıb, xəsarət alan var

HADİSƏ
12:20 / 25.08.2023
564

Cəbrayılda minatəmizləmə zamanı partlayış olub, xəsarət alan var.

Bu barədə HİT.az-a DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.

Belə ki, avqustun 25-də saat 10 radələrində Cəbrayıl rayonu Hüseynalılar kəndi ərazisində minatəmizləmə işləri aparılarkən mərmi alışdırıcısının partlaması barədə polisə məlumat daxil olub.

Hadisə nəticəsində 1999-cü il təvəllüdlü Qasımov Həbib əlindən xəsarət alıb. O xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0