Qızlara "kukruz" almağa gedən şəxs adam döydü - 6 il həbs aldı

HADİSƏ
20:30 / 29.08.2023
746

Suraxanı rayonunda yerləşən yerüstu piyada keçidində çiyninə toxunan şəxsin çənəsini sındıran Nazim Cəbiyevə (soyad-şərti) hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 2001-ci ildə Zərdab rayonunda anadan olmuş Nazim Cəbiyev Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib və ona 6 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilib. 

Nazim və Xəyal adlı dostu "Pubg” oyun hesabında tanış olduğu 2 qızla görüşüblər. Qızlar marketdən onlara "kukruz" almağı xahiş ediblər. Nazim onlarla birlikdə piyada yolu keçərkən "Bakelektro” mağazasında elektrik vəzifəsində işləyən Əkbər adlı şəxsə çiyni ilə toxunub. 

Xəyal baş verən hadisəyə görə Əkbədən üzr istəsə də, Nazim onunla mübahisə edib və bir yumuruqla zərərçəkmişin çənəsini sındırıb və onu döyüb. 

Bundan sonra dostlar tanış olduqları qızlarla birlikdə hadisə yerindən heç nə olmamış kimi uzaqlaşıblar. Yaxınlıqda olan şəxslərin köməkliyi ilə Əkbər xəstəxanaya çatdırılıb. O, məhkəmədə Xəyaldan şikayətçi olmasa da, Nazimin içkili halda ona xəsarət yetirdiyi deyib.

0