Tanınmış tiktoker yenidən həbs edildi

HADİSƏ
17:40 / 31.08.2023
679

Sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin ünvanına nalayiq ifadələr işlədən Rəşad İsmayılov barəsində Tərtər Rayon Polis Şöbəsinə müraciətlər daxil olub.

HİT.az xəbər verir ki, Rəşad İsmayılov saxlanılaraq barəsində araşdırma aparılıb və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 15 sutka inzibati qaydada həbs olunub.

Məlumatı DİN Mətbuat Xidmətinin regional qrupundan təsdiqləyiblər.

Qeyd edək ki, Rəşad İsmayılov “Veçni Rəşad” təxəllüslü ilə tanınan "tiktoker"dir. O, bu ilin mart ayında da saxlanılmış və 10 sutkalıq həbs cəzası təyin edilmişdi.

0