Bu il Azərbaycanda baş verən zəlzələlər - SİYAHI

HADİSƏ
20:25 / 04.09.2023
497

Türkiyədə fevralın 6-da baş verən Kahramanmaraş mərkəzli zəlzələdən sonra ölkəmizdə də tez-tez zəlzələ hadisələrinin baş verməsi insanlarda narahatlıq yaradır.

Xüsusilə, bu ilin əvvəlindən etibarən Azərbaycanda da dəfələrlə zəlzələ hadisəsi yaşanıb. Xoşbəxtlikdən, bu zəlzələlər ciddi tələfat və itki ilə yadda qalmayıb. 

Hit.az bu il ərzində baş verən zəlzələləri təqdim edir:

*4 mart tarixində Şirvan stansiyasından 18 km şimal-qərbdə, Hacıqabul rayonunda qeydə alınıb. Zəlzələnin maqnitudası 3,1 bal, dərinliyi 22 km olub.

*12 iyun  tarixində Qobustan rayonunda zəlzələ qeydə alınıb. Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 03:37-də Qobustan stansiyasından 12 km cənubda 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 57 kilometr dərinlikdə yerləşib. Təbiət hadisəsi hiss olunmayıb.

*İyulun 4-də Xəzər dənizində 5,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 00:01-də qeydə alınıb. Məlumata əsasən, zəlzələ ocağı isə 20 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 35 kilometr dərinlikdə yerləşib.

*13 iyul tarixində Hacıqabulda zəlzələ olub. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 09:51-də Hacıqabul rayonunda zəlzələ qeydə alıb. Zəlzələnin maqnitudası 3.4, dərinliyi 23 km olub.


*30 iyulda Oğuzda zəlzələ olub. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar 30.07.2023 tarixində yerli vaxtla saat 13:04-da Şəki stansiyasından 10 km şərqdə, Oğuz rayonunda 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 18 kilometr dərinlikdə yerləşib.

*23 avqustda yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub. Zəlzələ ocağı 13 km dərinlikdə yerləşib. Zəlzələ episentrdə 4 baldan yuxarı, ətraf rayonlarda isə 3 bala yaxın hiss edilib. Təbii hadisə bir sıra rayonlarda, o cümlədən Beyləqanda, Yardımlıda, Saatlıda, Lerikdə hiss edilib.

*1 sentyabrda yerli vaxtla saat 23:27-də Şəki stansiyasından 15 km cənubda, Şəki-Oğuz sərhədində maqnitudası 3, dərinliyi 26 km olan zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

*Ötən gün Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Kürdəmir stansiyandan 14 km cənubda Kürdəmir ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala qədər Qəbələ, İsmayıllı, Ağsu, Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub.

Aynur Əli

0