Qız qaçırtdılar, qohumları təqdim etdi, maşın aşdı - Azərbaycanda dəhşətli hadisə 

14:39 / 05.09.2023
666

Qubada avtomobilin çaya aşması nəticəsində ölən gənc qız qaçırılıbmış.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 23 yaşlı İ.Səfərli Rustov kəndinə qonaq gəlib. 

Onu qaçıran iki nəfərdən biri ilə qızın sevgi münasibətinin olduğu bildirilir. Üçüncü şəxs isə oğlanın dostu olub. 

İlkin məlumata görə, qəza İ. Səfərlinin qohumları onun getməsinə etiraz edərək avtomobili təqib edərkən baş verib. 

Faktla bağlı araşdırma aparılır.

0