"Qızsan, olmaz" kimi fikirlər kişi cinayətləri ilə nəticələnir

HADİSƏ
13:25 / 07.09.2023
752

Son zamanlar qadın qətlləri ilə yanaşı kişilərin də qətlə yetirilməsi halları ilə rastlaşırıq. Qısqanclıq zəmnində, sosial durumla bağlı olaraq və digər səbəblərdən dolayı bu cür cinayət halları baş verir.

Psixoloq Fərqanə Mehmanqızı Hit.az-a açıqlamasında bildirib ki, bu qətllərin səbəbi aqressiyadır:

"Son zamanlar aqressiya artıb, ailədaxili münaqişələr artıb. İstər sosial şəbəkələrdə, istər real həyatda bu aqressiyanı görmək mümkündür. Nəticədə həm psixoloji, həm fiziki şiddət halları yaranır. Sanki, insanlar bir bəhanə axtarırlar ki, içlərindəki kini, nifrəti "qussunlar". Bunu söyüşlə, psixoloji, fiziki şiddətlə ətrafa göstərirlər. İnsanların analitik qabiliyyətləri də aşağı düşüb. Analiz etmirlər ki, bu adam haqlıdırmı, haqsızdırmı, bəlkə, nəyisə düz demir, bəlkə, filan sözü fərqli mənada deyir. Empatiya bacarığımız aşağı düşüb, qarşı tərəfin yerinə özümüzü qoymuruq. Psixoloji alyanslar pozulub. İnsanlar mənəvi cəhətdən acdırlar, tükənmişlik sindromu yaşayırlar. Bu da ən yaxınlarına öz zehnindəki nifrəti qusmağa gətirib çıxarır. Bu da ər-arvad arasında özünü daha çox göstərir".

O bildirib ki, kişilərə qarşı edilən cinayətlər uşaqlıqdan zehində qalan qüsurlu yanaşmalardır:

"Kişiyə qarşı şüuraltı öyrədilən nifrət var.  "Kişi qadını atdı", "Kişi qadına qarşı cinayət törətdi" kimi sözlərlə böyüyürük. "Qızsan, aydıbdır", "Qızsan, düz otur", "O kişidir, ona ayıb deyil" kimi sözlər qadınlarda şüuraltı nifrət yaradır. Bu da aqressiya vaxtı daha da ortaya çıxır və qətl hadisələri ilə nəticələnir". 

Aynur Əli

0