Dünyada hər il təxminən 500 min zəlzələ baş verir ki, bunların da yalnız beş biri hiss olunur. Təxminən 100-ü dağıntılara səbəb olur.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli real tv-yə bildirib ki, zəlzələnin mərkəzi məhz süxurların ilk parçalanma yeridir:
“Mərkəzdə titrəyiş həmişə qısamüddətli olur və daha sonra ətrafa yayılır.
Azərbaycanda güclü zəlzələ aktivliyi yoxdur. İlin əvvəlindən indiyənə kimi götürsək 57 maqnitudası 3-dən yuxarı yeraltı təkanlar olub. Bunlardan da 27 təkan hiss olunub. Bunlar dağıdıcı gücə malik zələlər deyil”.