Xəbər verdiyimiz kimi, Binəqədi rayonunda yaşayan M.N sentyabrın 10-u saat 17 radələrində evdən naməlum istiqamətdə gedib bir daha geri qayıtmayıb.
DİN mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-a bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə qaçırıldığı idddia olunan 14 yaşlı yeniyetmə qızın Masallı rayonunda qohumunun evində olması müəyyən olunub. Onun ailəsinə təhvil verilməsi təmin edilib. Araşdırmalarla onun qaçırılması ilə bağlı iddialar təsdiqini tapmayıb.
Qeyd edək ki, onun itkin düşməsi ilə bağlı qızın anası M. Eminova polisə müraciət edib.